
Media nümayəndələri helikopterlə itkin düşmüş alpinistlərin axtarıldığı əraziyə aparılıb
Tarix: 09-01-2018 | Saat: 14:03
Bölmə:Karusel / Sosial | çapa göndər
688 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-01-2018 | Saat: 14:03
Bölmə:Karusel / Sosial | çapa göndər
Fövqaladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə aparılıb.
"Qarabaginfo" "Report"a istinadən verdiyi xəbərə görə, məqsəd KİV nümayəndələrini axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış etməkdir.
Jurnalistlərin olduğu helikopterlər Bakıdan axtarışın aparıldığı əraziyə yola düşüb.
Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.
Xəbəri paylaş
Digər xəbərlər
13-02-2024, 15:00
Magistratura imtahanı verənlərin nəzərinə! - Cavablar açıqlandı
11-08-2022, 12:52
Başçı qəbul etmədi, qadın özünü yandıracağını dedi
26-02-2024, 17:29
Prezident İlham Əliyev: Gələn il Ağdama ilk köç başlanacaq
25-07-2022, 13:14
Lerikə yeni icra başçısı təyin edilib
21-08-2020, 17:13
Baş həkim: "Sona qədər koronavirusa qarşı mübarizədə iştirak edəcəyik və qalib olacağıq"
9-12-2025, 16:15
Bakıda partlayış olan villa Səhlab Bağırovun qardaşının imiş
28-08-2025, 22:35
FES idarə heyətinin üzvü Trampı məhkəməyə verib
13-10-2021, 08:53
İran-Azərbaycan arasındakı son gərginliyin arxasında nə dayanır? – Beynəlxalq nəşrdən İLGİNC ARAŞDIRMA







" style="width: 670px; height: 340px;">









