Ana Sayfa > Karusel / Sosial > Media nümayəndələri helikopterlə itkin düşmüş alpinistlərin axtarıldığı əraziyə aparılıb

Media nümayəndələri helikopterlə itkin düşmüş alpinistlərin axtarıldığı əraziyə aparılıb


9-01-2018, 14:03. Yazar: Admin

 

 

Jurnalistlərin olduğu helikopterlər Bakıdan axtarışın aparıldığı əraziyə yola düşüb
Fövqaladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalist Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi əraziyə aparılıb.

"Qarabaginfo" "Report"a istinadən verdiyi xəbərə görə, məqsəd KİV nümayəndələrini axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış etməkdir.

Jurnalistlərin olduğu helikopterlər Bakıdan axtarışın aparıldığı əraziyə yola düşüb.

Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.


Geri dön