Saytımızı qiymətləndirin


 
 

Başçı qəbul etmədi, qadın özünü yandıracağını dedi
Tarix: 11-08-2022 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

4 uşağı olan ana Ağdam rayon icra başçısı Vaqif Həsənova yardımla bağlı dəfələrlə müraciət edib, başçı ilə şəxsən görüşüb, amma hələ də bir nəticə yoxdur.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

“Baş verənlər haqda artıq Ailə Qadın Uşaq problemləri Dövlət komitəsinə məlumat verilib. O ailə 1 aydan çoxdur ki, mənə müraciət edir. Mən hər dəfə İcra Hakimiyyətinə yönləndirirəm, amma nəticə olmur. Qadın Prezident Adminstrasiyasına məktub ünvanlayıb. Adminstrasiya da İcra Hakimiyyətinə tapşırıb ki, ailənin problemi ilə məşğul olsunlar. Lakin qadın başçının yanına getsə də, qəbul etmirlər. Qadın özü ilə bərabər 4 uşağını da İcra Hakimiyyətinin qarşısında yandıracağını bildirib. Deyir, özünü öldürsə, 4 balası yetim qalacaq. Ona görə də elə 4 uşaqla bərabər özünü yandırmağı düşünür”, - Ağazadə bildirib.

 



Xəbəri paylaş

212 dəfə oxunub.

Digər xəbərlər