Tarix: 02-11-2021 | Saat: 11:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan tərəfindən raket atəşinə tutulan ərazisinə bir il sonra yenidən gəlmişəm və dağıdılan yerdə ümid və gələcəyə baxış gördüm. Gördüm ki, insanlar qorxmadan həyatlarına davam edir”.
Qarabaginfo.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dövlət tərəfindən yeni yaşayış binaları salınıb: “İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyü dəstəkləyib. Torpaqlar azad olunandan sonra həmin ərazilərin yenidən tikilib bərpa edilməsi üçün İsrail kömək etmək istəyir.
İsrail Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etmək istəyir. Səfər çərçivəsində həm də uşaq evlərinə gedəcəyik, onlara hədiyyələrimiz var. Onların ehtiyacı olan istilik sistemi də gətirmişik. Bu, bizim tərəfdən simvolik jestdir. Biz sadəcə öz dostluğumuzu və həmrəyliyimizi göstərmək üçün buradayıq. Biz o vaxt zərərçəkən insanlara kömək edirdiksə, indi isə gələcəyə ümidlə baxan ailələrə kömək edirik. 44 günlük müharibənin bir illiyini qeyd edəndə daha yaxşı sülh dolu gələcək qurmağa çalışırıq".
Digər xəbərlər