Saytımızı qiymətləndirin


 
 

Bakı və rayonlara qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Tarix: 06-02-2023 | Saat: 13:32
Bölmə:Karusel | çapa göndər

 

Bakı və rayonlara qar yağacaq, temeratur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

 

Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

 

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.

 

Fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

 

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

 

Fevralın 11-dək yollar buz bağlayacaq.



Xəbəri paylaş

105 dəfə oxunub.

Digər xəbərlər
19-12-2021, 12:50 Sabahın havası AÇIQLANDI
16-11-2022, 13:46 Polşa Rusiyaya nota verdi