Tarix: 05-09-2025 | Saat: 22:22
Bölmə:Karusel / Siyasət / İqtisadiyyat | çapa göndər
Avropa İttifaqının (Aİ) nümayəndə heyəti sanksiya siyasətində ABŞ-la koordinasiyanı gücləndirmək üçün Vaşinqtona gedir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ujqorodda Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Koşta qeyd edib ki, Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün daha çox sanksiya tədbirləri lazımdır.
Onun sözlərinə görə, Brüsseldə artıq yeni məhdudiyyətlər paketi üzərində işə başlanılıb və Avropa komandası ABŞ-dakı tərəfdaşları ilə koordinasiya etmək üçün Vaşinqtona yollanır.
“Biz ABŞ və digər tərəfdaşlarla birgə əlavə sanksiyalar, birbaşa və ikinci dərəcəli sanksiyalar vasitəsilə təzyiqimizi artırmaq üçün çalışırıq. Brüsseldə yeni sanksiya paketi üzərində iş başlayır və bizim komandamız ABŞ-dakı dostlarımızla işləmək üçün Vaşinqtona gedir”, - o vurğulayıb.
Digər xəbərlər