Gürcüstan müxalifəti Tbilisidə seçkilərin nəticələrinə etiraz olaraq aksiya keçirir
Tarix: 31-10-2021 | Saat: 20:17
Bölmə:Karusel / Region | çapa göndər
1344 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 31-10-2021 | Saat: 20:17
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan müxalifəti paytaxt Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirir.
Qarabaginfo.az xəbər verir ki, mitinqdə Vahid Milli Hərəkat Partiyası, "Lelo", "Droa" və Avropalı Gürcüstan Partiyasının liderləri və tərəfdarları iştirak edirlər.
Müxalifət ötən gün baş tutmuş yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turunun nəticələrini tanımır. Aksiyada müxalifət gələcək fəaliyyət planını açıqlayacaq.
Parlament və hökumət binasının yaxınlığına əlavə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, ötəngünkü seçkilərin nəticələrinə əsasən, hakim Gürcü Arzusu Partiyası 20 şəhər və bələdiyyənin 19-da səs çoxluğu ilə müxalifətə qalib gəlib.
14:11
Gürcüstan müxalifəti bu gün Tbilisidə saat 19:00-da parlament binasının qarşısında mitinq keçirəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya brifinqdə məlumat verib.
O, müxalifət tərəfdarlarını aksiyaya çağırıb: "Ötəngünkü seçkilər tam olaraq saxtalaşdırılıb. Dünən mübarizə bitməyib, əksinə başlayıb. Özünə hörmət edən istənilən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmağa hazırlaşmır".
Xəbəri paylaş
Digər xəbərlər
11-08-2022, 15:13
İcra başçısı təyin olunan Orxan Mürsəlov kimdir?
20-06-2026, 18:00
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
22-11-2017, 13:15
“Mənə mühüm sahələr həvalə olunub” - Məhərrəm Əliyev
23-02-2021, 12:44
“Ağdərəni niyə almadıq?”- deyə soruşanlara CAVAB
24-08-2022, 11:02
İran genişmiqyaslı PUA təlimlərinə başlayır
3-07-2026, 09:18
Xameneinin cənazəsinin olduğu tabut Tehrana çatdırılıb və iranlılar ayətullahla vidalaşmağa başlayıblar
28-09-2026, 20:35
Bəxtiyar Əsgərov Naxçıvan MR-nın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib
23-08-2024, 15:01
Emin Əmrullayev Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
8-03-2022, 17:13
Goranboy sakinini Yevlaxda elektrik cərəyan vurub öldürüb














