Saytımızı qiymətləndirin


 
 

Döyüşlər qızışır, Rusiya sərhədə qoşun yığır
Tarix: 31-10-2021 | Saat: 17:56
Bölmə:Karusel / Siyasət | çapa göndər

Donbassda separatçılarla Ukrayna ordusu arasında təmas xətti boyu döyüşlərin getdikcə şiddətləndiyi, tərəflərin bir-birlərinə artilleriya zərbələri endirdiyi  bir vaxtda Rusiyanın Ukrayna sərhədlərinə doğru yenidən qoşun cəmləşdirdiyi xəbər verilir. virtualaz.org xəbər verir ki, ABŞ və Avropa rəsmiləri Rusiyanın Ukrayna sərhədlərinə hərbi qüvvə cəmləşdirməsindən narahatlıq ifadə ediblər. Bu haqda “The Washington Post” bildirir.

 

Qəzetin yazdığına görə amerikalı və avropalı rəsmilər Rusiyanın son günlər Ukrayna sərhədlərinə qoşun cəmləşdirdiyini qeydə almağa başlayıblar. Bu hərbi aktivlik Rusiyanın Belarusla birgə keçirdiyi “Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ardınca başlayıb. Bildirilir ki, Ukraynanın şərqində münaqişə yeni fazaya daxil olub, bir neçə gün əvvəl Ukrayna ordusu ilk dəfə separatçılara qarşı “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsini işə salıb.

Bu arada sosial şəbəkələrdə yayılan görüntülərə əsasən bir neçə gün əvvəl Ukrayna sərhədlərinə tərəf 7 “İsgəndər-M” operativ-taktiki raket kompleksinin hərəkət etdiyi qeydə alınıb. 

Ukrayna mənbələri isə ötən gün təmas xətti yaxınlığında Donetsk separatçılarının 2 BMP-sinin vurulduğunu bildirib. Münaqişə zonasında fəaliyyət göstərən ukraynalı jurnalist Roman Donik xəbər verir ki, separatçılar Minsk razılaşmasına zidd olaraq 3 BMP-ni təmas xəttinə yaxınlaşdırıblar, bu zaman Ukrayna ordusunun PUA-ları onları qeydə alıb və artilleriya atəşi ilə zirehli texnika məhv edilib. Jurnalist texnikanın məhv edilməsinə dair görüntüləri də paylaşıb.

virtualaz.org



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər
11-11-2020, 12:57 Yerevanda mitinq başlayıb