Saytımızı qiymətləndirin


 
 

ABŞ və NATO Rusiya ilə dialoqa sadiq olduqlarını təsdiqləyiblər
Tarix: 18-02-2022 | Saat: 21:22
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ və NATO Rusiya ilə dialoqa sadiq olduqlarını təsdiqləyiblər

ABŞ-ın vitse-prezidenti Kamala Harris və NATO-nun baş katibi Yens Stoltenberq Münhendə keçirilən görüşdə Qərbin Rusiya ilə təhlükəsizlik məsələlərində dialoqa hazır olduğunu təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Onlar Rusiya ilə dialoqa hazır olduqlarını və Ukraynanın kollektiv müdafiəsini gücləndirmək səylərini müzakirə ediblər", - Ağ Evin bəyanatında deyilir.

Bundan əlavə, tərəflər Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Amerika administrasiyası rəhbərinin müavini baş katibi 1949-cu ildə Vaşinqtonda imzalanmış müqavilənin 5-ci maddəsinə sadiq olduqlarını da qeyd edib. Maddə NATO üzvü olan bir və ya bir neçə ölkəyə silahlı hücum halında kollektiv cavab tədbirlərini nəzərdə tutur.



Xəbəri paylaş

1288 dəfə oxunub.

Digər xəbərlər
15-02-2022, 17:47 Beyl “Real”dan gedir
28-08-2020, 13:04 Sabahın hava proqnozu