Tarix: 29-10-2021 | Saat: 15:33
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
“Hazırda TƏBİB daxilində stasionar tibb müəssisələrində, eyni zamanda immunizasiya aparan müəssisələrdə farmakonəzarət üzrə məsul şəxslərin təyini prosesi gedir”.
Qarabaginfo.az xəbər verir ki, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.
E. Quliyev deyib ki, bu məsul şəxslərə treninq keçirilməsi, onların onlayn report sistemlərə qoşulması prosesi davam edir: “Ölkəyə gətirilən dərman vasitələrinin yoxlanılmasına gəlincə, həmin dərman vasitələri ilk növbədə qeydiyyatdan keçirilir. Bu qeydiyyatı Səhiyyə Nazirliyi aparır. Nazirliyin alt qurumu Analitik Ekspertiza Mərkəzində laboratoriyalar mövcuddur, dərmanların keyfiyyəti, effektivliyi, təhlükəsizliyi yoxlanılır. Dərman vasitələri ölkəyə idxal olunduğu zaman yenə də bütün seriyalardan nümunələr götürülür, laboratoriyalarda yoxlanılır. Əgər keyfiyyəti normativlərə uyğundursa, idxalına icazə verilir, keyfiyyət parametrləri uyğun gəlməzsə, o zaman həmin dərman vasitələrinin ölkəyə idxalı qadağan edilir və müvafiq şəkildə məhv edilir”.
Digər xəbərlər