Saytımızı qiymətləndirin


 
 

Hesablama Palatasında dövlət satınalmaları ilə bağlı tədbir keçirilib
Tarix: 01-12-2023 | Saat: 11:16
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Hesablama Palatasında dövlət satınalmaları ilə bağlı tədbir keçirilib

Azərbaycan Respublikası Hesablama Palatası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbir keçirilib.

Qarabaginfo.az xəbər verir ki, tədbirdə təşkilatçı qurumların rəhbərliyi, eləcə də dövlət orqanlarının və müəssisələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Bildirilib ki, növbəti ildən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minəcək və bu, dövlət maliyyəsinin idarəedilməsi sahəsində keyfiyyət dəyişikliyinə səbəb olacaq.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər