Saytımızı qiymətləndirin


 
 

Vətən Müharibəsinin 31-ci günü: 27 oktyabrda nələr baş verdi?
Tarix: 27-10-2021 | Saat: 07:04
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bakupost.az - İkinci Qarabağ müharibəsi: Qərb və Rusiya mediasının yanaşması TƏHLİL27 oktyabr 2020-ci il. Rayon və kəndlərimizin işğaldan azad edilməsi ordumuzun əzmi, Ali Baş Komandanın idarəçiliyi, mülki vətəndaşlarımızın ordumuza dəstəyi sayəsində həyata keçirilirdi. Ermənistan dövlətinin son çabalamaları da nəticəsiz qalır, harayına çatacaq olanlar isə ədalət qarşısında susmaq məcburiyyətində qalırdılar.

 Hər gün əzilməsinə baxmayaraq, düşmən yenə də öz xislətindən əl çəkmirdi. Yeni humanitar atəşkəs rejiminə riayət etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri bu dəfə də cəbhənin müxtəlif istiqamətlərində Ordumuzun bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutdu.

 

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edirdi. Hücum etmək cəhdlərinin qarşısı alınan düşmən itki verərək geri oturduldu.

 

Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində Qarabağdakı qondarma rejimin "müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyan məhv edildi. Onun getdiyi “UAZ” markalı avtomobili raket zərbəsindən sonra tamamilə yandı. Zərbə nəticəsində daha iki erməni zabiti də məhv edilmişdi.

 

Ümumilikdə Ordumuzun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edildi. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 1 ədəd T-72 tankı, 4 ədəd D-30 və 3 ədəd D-20 topu, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd radiolokasiya stansiyası və 6 ədəd avtomobil texnikası sıradan çıxarıldı.

 

Günorta saatlarından başlayaraq düşmənin silahlı birləşmələri Goranboy və Bərdə rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutdu. Saat 16:00 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən "Smerç" raketindən atəşə tutulması nəticəsində dinc sakinlər Ofeliya Cəfərova, Aybəniz Əhmədova, Ehtiram İsmayılov və 2013-cü il təvəllüdlü Aysu İsgəndərova həlak oldu, 14 nəfər isə yaralandı.

 

Amma düşmənin bu təxribatları bizi dayandıra bilməzdi. Hər keçən gün məğlubiyyətini daha çox dərk edən düşmən nə qədər azğınlaşsa da, Ordumuz qisası döyüş meydanında alırdı. Şanlı qələbəyə isə 13 gün vaxt qalırdı.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər