Saytımızı qiymətləndirin


 
 

Estoniya gələn ildən Rusiyadan qaz idxalını tam qadağan edir
Tarix: 18-09-2025 | Saat: 17:22
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Estoniya gələn ildən Rusiyadan qaz idxalını tam qadağan edir

Estoniya hökuməti Rusiyadan təbii qazın idxalına tam qadağa qoyulması barədə qərar qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Estoniya mediası məlumat yayıb.

Qeyd olunur ki, qadağa 2026-cı ildən qüvvəyə minəcək və bütün növ qaz tədarükünə, o cümlədən mayeləşdirilmiş təbii qaz idxalına da şamil olunacaq.

Estoniyanın xarici işlər naziri Margus Tsahkna vurğulayıb ki, bu addım Estoniyanın Rusiyadan enerji asılılığını azaltmağa yönəlmiş ardıcıl siyasətinin bir hissəsidir.

“Biz Rusiyanın təcavüzünün qiymətini artırmağa davam edəcəyik və onun hərbi maşınını maliyyələşdirən gəlirləri azaltmağın yollarını axtaracağıq. Belarusun Rusiyanın hərəkətlərini dəstəklədiyini nəzərə alaraq, oxşar qadağalar Belarus üçün də tətbiq olunacaq,” – Tsahkna bildirib.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər