Tarix: 21-10-2021 | Saat: 07:00
Bölmə:Karusel / Siyasət | çapa göndər
Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli İşçi Qrupun iclası keçirilib.
Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Sayca keçirilən 8-ci iclasda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikasının Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 11 Yanvar 2021-ci il tarixli Bəyannaməsi çərçivəsində Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini nəzərdən keçirilib və bu istiqamətdə görülən işlərin gedişaatı müzakirə edilib.
Tərəflər 8-ci görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.(Apa)
Digər xəbərlər