Tarix: 17-02-2022 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
2021-ci ildə dünyada baş verən qlobal qiymət artımı fonunda ölkəmizdə də bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir.
Qiymət manipulyasiyalarının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb.
Bu barədə Qarabaginfo.az-a Dövlət Xidmətindən məlumat verilib.
Bildirlib ki, qurum tərəfindən yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərilib.
Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” MMC tərəfindən Dövlət Xidmətinə heç bir sənəd və məlumat təqdim edilməyib.
“Bununla əlaqədar, Dövlət Xidməti “Veysəloğlu” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barəsində qanunamüvafiq tədbir görüləcəkdir”, - rəsmi məlumatda deyilir.
Digər xəbərlər