Saytımızı qiymətləndirin


 
 

MTN zabitinin əmlakları üzərinə həbs qoyuldu – Qərar
Tarix: 19-10-2021 | Saat: 13:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədovun adına olan əmlakların üzərinə həbs qoyulduğu məlum olub.

Qarabaginfo.az xəbər verir ki, Yasın Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evin, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzilin üzərinə həbs qoyulub.

Bundan başqa, MTN zabitinin qohumu Fərid Məmmədovun adına rəsmişəldirilmiş 72 min manat dəyərində Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 12 hektar torpaq sahəsi müəyyən edilib və üzərinə həbs qoyduğu müəyyənləşib.

Yasin Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlakın üzərinə məhkəmə qərarı ilə həbs qoyulub və xüsusi müsadirəyə təklif olunub.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.

Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.(Konkret.az)



Xəbəri paylaş

1286 dəfə oxunub.

Digər xəbərlər