Saytımızı qiymətləndirin


 
 

Paşinyan AÇIQLADI: Kommunikasiyalar açılır, mina xəritələri Bakıya verilir, sülh sazişi üçün danışıqlara başlanılır
Tarix: 15-10-2021 | Saat: 21:37
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan AÇIQLADI: Kommunikasiyalar açılır, mina xəritələri Bakıya verilir, sülh sazişi üçün danışıqlara başlanılır

 

Azərbaycan bölgədə kommunikasiyaların açılması nəticəsində Naxçıvanla dəmir yolu və avtomobil əlaqəsi əldə edəcək.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin sammitində çıxışı zamanı səsləndirib. O bildirib ki, Ermənistan isə Rusiya və İrana gedən yolları alacaq.

Paşinyan əlavə edib ki, Ermənistan qalan mina sahələrinin xəritələrini Azərbaycana verməyə hazırdır və bunu humanitar aksiya hesab edir: “Bunun müqabilində isə biz istəyirik ki, Azərbaycan bütün əsirləri və məhbusları geri qaytarsın” – deyə Paşinyan vurğulayıb.

Paşinyan Azərbaycanla-Ermənistan arasında sülh sazişinin imzalanması üçün danışıqların ATƏT -in Minsk qrupu çərçivəsində baş tuta biləcəyini diqqətə çatdırıb. O bildirib ki, Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Rusiyanın dəstəyinə ümid edir.



Xəbəri paylaş

1446 dəfə oxunub.

Digər xəbərlər