Saytımızı qiymətləndirin


 
 

TƏBİB: Yoluxma minimal həddədir
Tarix: 30-01-2023 | Saat: 11:02
Bölmə:Karusel | çapa göndər

 

TƏBİB: Yoluxma minimal həddədir

 

Hazırda Azərbaycanda koronavirusa yoluxma halları minimal həddədir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu AZƏRTAC-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.

 

O bildirib ki, 2022-ci ilin son həftələrində yoluxma hallarında 50 faiz azalma müşahidə edilib:

 

“2021-ci ildə gündəlik ortalama yoluxma 1.091, 2022-ci ildə 607 olduğu halda, noyabr ayı ərzində bu göstərici 35 olub. 2022-ci il üzrə müsbət nəticələrin ümumi testlərdə payı (yoluxma əmsalı) ortalama 7 faiz, son iki ay üzrə ortalama isə 2.2 faiz təşkil edib. Hospitalizasiya əmsalı 2021-ci ildə 11,7 faiz , 2022-ci il üzrə isə 3 dəfə azalaraq 3,7 faiz olub. Qeyd edilmiş statistik məlumatlara əsasən ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir”.



Xəbəri paylaş

129 dəfə oxunub.

Digər xəbərlər