Saytımızı qiymətləndirin


 
 

Ağdam teatrı yeni mövsümün ilk tamaşasını hərbçilər üçün təqdim edib
Tarix: 15-10-2021 | Saat: 19:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ağdam teatrı yeni mövsümün ilk tamaşasını hərbçilər üçün təqdim edib

Ağdam Dövlət Dram Teatrı yeni mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb.

Qarabaginfo.az xəbər verir ki, ilk tamaşa hərbçilər üçün təqdim edilib.

Səhnə əsərinin təqdimatında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri və hərbi qulluqçular iştirak edib.

Qeyd edək ki, Qarabağ münaqişəsindən bəhs edən tamaşa teatrın baş rejissoru Kərim Həsənli tərəfindən səhnələşdirilib. Tamaşanın quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur. Rolları Əməkdar artist Fəqumə Yusifova, Kərim Həsənov, Elmir Hümmətov, Elşən Cavadov, Afaq Əliyeva, Xəyalə Xudadatova, Afəridə Əhmədova, Ülviyyə Qasımova, Zöhrab İmamalıyev, Fərhad Fərhadzadə, Qalib Abdullazadə və Səda İbrahimov ifa ediblər.

Tamaşanın sonunda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov , Ağdam Dövlət Dram teatrının direktoru Məhəmməd Hüseynov və əsərin müəllifi Nadir Qədimli çıxış edərək teatr kollektivinə gələcək səhnə fəaliyyətlərində uğurlar arzulayıblar.

 



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər
13-12-2021, 13:16 Sabahın hava proqnozu