Tarix: 16-01-2018 | Saat: 17:49
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
Xəbər verdiyimiz kimi, ötən gün Bakıdan Bolqarıstanın paytaxtı Sofiyaya ilk birbaşa aviareys yola düşüb. Aviareysin açılışında Azərbaycanın baş naziri Artur Rasizadə və Bolqarıstanın baş naziri Boyko Borisov iştirak ediblər.
Qarabaginfo" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bolqar baş nazir feysbuk səhifəsində ilk uçuş gününün görüntülərini paylaşıb. Video görüntü Borisovun həmkarı Artur Rasizadə ilə maraqlı dialoqu ilə yadda qalıb.
Nazirlər uçuş saatının başlamasına qədər gözləmə zalında əyləşiblər. Borisov və Rasizadə zarafatla biletsiz və pasportsuz olduqlarını bildiriblər. Daha sonra bolqar nazir uçuşun nə zaman başlayacağını soruşub. Rasizadə isə “bilmirəm, mən özüm də burada qonağam” deyib.
Sonda isə jurnalistlər Rasizadəyə selfie çəkdirmək istədiklərini bildiriblər, baş nazir isə onların xahişini rədd etməyib.
Digər xəbərlər