Saytımızı qiymətləndirin


 
 

“Ermənistan bölgədə heç bir sərhəd dəyişikliyinə icazə verməyəcək” – Qriqoryandan SƏRT AÇIQLAMA
Tarix: 15-10-2021 | Saat: 11:42
Bölmə:Karusel / Region | çapa göndər

“Ermənistan bölgədə heç bir sərhəd dəyişikliyinə icazə verməyəcək”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikiri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

O bildirib ki, Azərbaycan tərəfinin Ermənistan ərazisindən keçən bir dəhlizin açılması ilə bağlı bəyanatları hazırkı danışıqlardan kənara çıxır.

Azərbaycan tərəfinin güc nümayişinə gəlincə, Qriqoryan vurğulayıb ki, Ermənistan ordusu ölkənin ərazi bütövlüyünü qorumağa hazırdır. Ancaq Qriqoryan bu fikirləri səsləndirərkən 44 gün ərzində Azərbaycan ordusunun erməni silahlı birləşmələrini necə məhv etdiyini də yəqin ki, xatırlayıb. O zaman səsləndirdiyi fikirlərin boş söz yığınından başqa bir şey olmadığını da anlayıb.

Armen Qriqoryan daha sonra əlavə edib ki, Ermənistan bölgədə heç bir sərhəd dəyişikliyinə icazə verməyəcək. O beynəlxalq kansensusun mövcudluğunu əsas gətirib. Lakin Qriqoryan və onun timsalında Ermənistan rəsmiləri də yaxşı anlayırlar ki, Azərbaycan delimitasiya və demarkasiya prosesini axıra kimi həyata keçirəcək və öz sərhədlərini müəyyən etmək üçün bütün lazımı addımlar atacaq.(Konkret.az)



Xəbəri paylaş

1422 dəfə oxunub.

Digər xəbərlər