Cəbrayılda 960 yerlik məktəb tikiləcək - SƏRƏNCAM
Tarix: 04-10-2021 | Saat: 14:34
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər
368 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 04-10-2021 | Saat: 14:34
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər
Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.
Qarabaginfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Xəbəri paylaş
Digər xəbərlər
13-04-2026, 08:49
Kuba Prezidenti: ABŞ-la müharibə istəmirik, amma müdafiə olunacağıq
11-02-2021, 14:33
Mehriban Əliyeva ICESCO-ya üzv ölkələrə çağırış edib
20-09-2023, 16:50
Şoyqu Bakının formatına sadiqliyini təsdiqlədi
19-08-2020, 15:48
Murad Köhnəqala saxlanıldı
4-07-2025, 15:07
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı
21-01-2022, 19:15
Rusiyanın qonşuları ilə bağlı planı budur - Kallas
14-02-2022, 11:22
Vilyam Hacıyevin məhkəməsi təxirə salınıb















