Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Cəbrayılda 960 yerlik məktəb tikiləcək - SƏRƏNCAM

Cəbrayılda 960 yerlik məktəb tikiləcək - SƏRƏNCAM


4-10-2021, 14:34. Yazar: Admin

 

Cəbrayılda 960 yerlik məktəb tikiləcək - SƏRƏNCAM

 


Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Geri dön