Saytımızı qiymətləndirin


 
 

Natiq Cəfərli: “Qarabağ erməniləri elə Qarabağda bərpa işlərinə cəlb oluna bilər”
Tarix: 01-10-2021 | Saat: 14:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Natiq Cəfərli: “Qarabağ erməniləri elə Qarabağda bərpa işlərinə cəlb oluna bilər”

 

“Qarabağda, Xankəndi ətrafında yaşayan Azərbaycan vətəndaşları olmaq istəyən ermənilər, erməni əsilli Azərbaycan vətəndaşları təbii ki, gələcəkdə Azərbaycanın bütün strukturlarına, o cümlədən işlə təmin olunma məsələsində inteqrasiya olunmalıdırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Yenisabah.az açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. O, erməni KİV-lərində tez-tez Azərbaycanla sərhədə yaxınlaşıb iş və kömək istəyən erməni vətəndaşları ilə bağlı xəbərləri şərh edib.

“Qarabağdakı ermənilər bölgədəki tikinti, qurculuq işlərinə cəlb oluna bilərlərmi” sualını Natiq Cəfərli belə cavablandırıb:

“Qarabağda, Xankəndi ətrafında yaşayan Azərbaycan vətəndaşları olmaq istəyən ermənilər, erməni əsilli Azərbaycan vətəndaşları təbii ki, gələcəkdə Azərbaycanın bütün strukturlarına, o cümlədən işlə təmin olunma məsələsində inteqrasiya olunmalıdırlar. Sadəcə bunun üçün əsas şərtlərdən biri onların Azərbaycan vətəndaşlığını qəbul etmələri və qanunları ilə işləməyə, yaşamağa və təhlükəsizliyini Azərbaycan qanunları ilə təminat almağa xidmət etməlidirlər”.

Ekspertin sözlərinə görə, Azərbaycan tərəfinin bununla bağlı heç bir iradı yoxdur:

“Yəni bundan sonra Azərbaycan Xankəndi və ətraf ərazilərdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının kommunal xidmətlərlə təminatını, iş məsələlərini, sosial problemlərinin həllini öz üzərinə götürə bilər. Çox güman ki, götürəcək də. Çünki Xankəndi və ətraf regionlarda yaşayan erməni əsilli Azərbaycan vətəndaşları, Azərbaycanın digər bölgələrində yaşayan Azərbaycan vətəndaşları kimi, qanunvericilikdə nəzərdə tutulmuş bütün məsələlərdən yararlanmaq haqları və hüquqları var. Yeganə şərt onların Azərbaycan vətəndaşlığını qəbul etmələridir.

Bütün bu məsələlər öz həllini tapa bilər. Ona görə də Azərbaycan tərəfinin bu istiqamətdə heç bir iradı yoxdur. Gözlənti həmin şəxslərin Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlar riayət etməsidir. Bundan sonra bütün problemlərin həlli üçün kifayət qədər münbit şərait yarana bilər”.

Natiq Cəfərli: “Qarabağ erməniləri elə Qarabağda bərpa işlərinə cəlb oluna bilər”



Xəbəri paylaş

300 dəfə oxunub.

Digər xəbərlər