Tarix: 01-10-2021 | Saat: 07:06
Bölmə:Karusel / Siyasət | çapa göndər
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərin məqsədi ilə bağlı maraqlı bir məqama toxunur.
Amerikalı siyasətçi “TRT World”a açıqlamasında vurğulayır ki, 44 günlük müharibədə əldə olunan qələbədən sonra İrandakı azərbaycan türkləri arasında rəsmi Tehranın yeritdiyi siyasətə müxalif mövqe daha da gücləndi. İran bunun fərqindədir. Türkiyə-Azərbaycan-Pakistan hərbi təlimləri də İrandakı türklər tərəfindən coşqu ilə qarşılandı. Elə buna görə də İran hərbi təlim keçirməklə yerli Azərbaycan türklərinə demək istəyir ki, belə şeylərdən ruhlanıb iğtişaşlar törətmək fikrinə düşməyin.
Cənab Metyu Brayza xatırladır ki, Azərbaycan-Ermənistan müharibəsi zamanı İranda yaşayan Azərbaycan türkləri İranın cənubunda Azərbaycana dəstək nümayişləri keçirdilər. Qarabağın ermənilər tərəfindən işğalına qarşı ayağa qalxan Azərbaycan və İrandakı azərbaycan türkləri birlik nümayiş etdirdilər...
Digər xəbərlər