Tarix: 01-10-2021 | Saat: 06:50
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar verib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və digər dövlət tabeliyində olan ictimai kitabxanalar da bu gündən açılır.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahına əsasən, fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.
Sözügedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.
Digər xəbərlər