Tarix: 23-04-2022 | Saat: 14:09
Bölmə:Karusel / Region | çapa göndər
Çoxu Ukraynanın Mariupol şəhərində gedən döyüşlərdə öldüyündən qondarma Donetsk Xalq Respublikasında “xalq milisləri” praktiki olaraq qalmayıb.
Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Məlumata görə, Mariupol istiqamətindəki döyüşlərə Rusiya qondarma qurumun “Daxili İşlər Nazirliyi"nin bütün şəxsi heyətini, o cümlədən “Respublika"nın “daxili qoşunları"nı, “DİN-in Donetsk akademiyası"nın “kursantları”nı da cəlb edib.
Onların verdiyi canlı qüvvə itkisinin sayı açıqlanıb: “Mariupol istiqamətində separatçıların 26-sı kursant olmaqla 1000 nəfərə yaxını öldürülüb, 2800 nəfər döyüş qabiliyyətini itirib, başqa istiqamətlərdə isə 500-ə yaxını ölüb, 2 100 nəfər döyüş qabiliyyətini itirib”.
Digər xəbərlər