Saytımızı qiymətləndirin


 
 

Turizm Bürosunun Baş icraçı direktoru: "Hazırda bir neçə ölkə təcrübəmizi öyrənmək üçün bizə müraciət edir"
Tarix: 30-09-2021 | Saat: 20:32
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

 

Florian Zenqstşmid: Hədəfimiz israilli turistlərin Azərbaycana cəlb edilməsidir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

Milli Ulduz Təsnifatı Sistemi Avropa tərəfindən təsdiqlənən standartlar əsasında qurulub. Həmçinin Türkiyə və Gürcüstanda da proses həmin standartlar üzərində qurulub və istifadə olunur.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

Onun sözlərinə görə, həmin standartlar maksimum dərəcədə dürüst və düzgün qaydada təşkil olunub:

"Həmin standartlara uyğun olaraq bizim hotellər də təsnifatdan keçəcəklər. Bu proses çox açıq şəkildə təşkil olunub. Təəssüflər olsun ki, bütün hotellər birinci mərhələdən keçə bilməyib. Lakin bizdə proses elə qurulub ki, hotelləri maksimum dərəcədə həmin prosesə hazırlaşdırmaq üçün səylərimizi əsirgəmirik. Bunun üçün də müxtəlif təlimlər və digər tədbirlər görülür ki, onlar artıq növbəti mərhələlərdə prosesdən uğurlu keçə bilsinlər. Biz həmin sistemi sadəcə götürüb tətbiq etməmişik, eyni zamanda daha da mükəmməlləşdirmişik. Bunun nəticəsi olaraq, hazırda bir neçə ölkə təcrübəmizi öyrənmək üçün bizə müraciət edir".



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər