Saytımızı qiymətləndirin


 
 

Dövlət Komitəsinin sədri: "Ermənistanın atəşkəsi pozması nəticəsində mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir"
Tarix: 21-12-2018 | Saat: 10:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

"Sərhəddə, münaqişə bölgəsində qadınların psixo-sosial vəziyyəti anamaliya ilə doğulmuş uşaqların sayına təsir edir".

"Qarabaginfo" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. 

O bildirib ki, Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi elan olunsa da atəşkəs hər gün pozulur: "Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, yaşayış və xidmət obyektlərinə ziyan vurulur. Davamlı olaraq münaqişə bölgəsində yaşamaq insanların psixoloji, sosial, iqtisadi həyatına əhəmiyyətli dərəcədə təsir edir. Bu şərait xüsusən qadınların psixo-sosial vəziyyətinə təsir edir, onlar stress keçirir. Əsasən də hamiləlik prosesindəki daimi stress yeni doğulmuş uşaqlarda hiss olunur və bu erkən uşaqlıq dövrü problemləri, emosional problemli, anamaliya ilə doğulmuş uşaqların sayına təsir göstərir".

Dövlət Komitəsi sədrinin sözlərinə görə, həmin bölgədə apardıqları araşdırmalar göstərir ki, orada dünyaya gələn uşaqların əksəriyyəti problemlərlə doğulur: "Qeyd etdiyimiz bölgədə həmişə güclü genetik fon olub".



Xəbəri paylaş

542 dəfə oxunub.

Digər xəbərlər