Tarix: 01-06-2026 | Saat: 14:10
Bölmə:Karusel / Siyasət | çapa göndər
Bakıda 31-ci Enerji Forumu öz işinə başlayıb.
Qarabaginfo.az xəbər verir ki, forumda enerji təhlükəsizliyi, qlobal enerji keçidi, neft-qaz sənayesinin inkişaf perspektivləri, bərpa olunan enerji mənbələri və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunur.
Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Misir, Moldova və digər ölkələrin enerji sahəsinə cavabdeh rəsmiləri, həmçinin beynəlxalq təşkilatların və aparıcı enerji şirkətlərinin nümayəndələri iştirak edirlər.
Forum çərçivəsində enerji diplomatiyası, yeni enerji dəhlizləri, Cənub Qaz Dəhlizinin inkişafı, yaşıl enerji layihələri və enerji bazarlarının gələcəyi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, forum iyunun 2-də də davam edəcək. Tədbirin ikinci günündə qaz bazarları, enerji transformasiyası, yaşıl enerji dəhlizləri, hidrogen texnologiyaları və enerji sektorunun gələcək inkişaf istiqamətlərinə həsr olunmuş sessiyalar keçiriləcək.
Digər xəbərlər



















