Saytımızı qiymətləndirin


 
 

“Həyasızlığa bax, gedib Şuşada villa tikdirib“ - Rasim Balayev 
Tarix: 30-09-2021 | Saat: 17:48
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Həyasızlığa bax, gedib Şuşada villa tikdirib“ - Rasim Balayev 

“İşğaldan azad olunmuş torpaqlara ayaq basmaq elə hissdir ki, onu sözlə ifadə etmək çətindir. Çox gözəl hissdir”. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a illər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev deyib.

İllər sonra Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayan aktyor təəssüratlarını bölüşüb:

“Təsəvvür edin, artıq 30 il olurdu torpaqlarımız işğal altında idi və məndə elə təsəvvür yaranmışdı ki, artıq torpaqlarımız getdi, bir də qayıtmayacaq. Torpaqlara qayıtmağımız, mənim ora getməyim sehirli idi. O qədər deyiləsi sözüm var ki, amma heç birini kəlmələrlə ifadə edə bilmirəm. Qürurlu günlər idi, çox şükür ki, Allah mənə bunu yaşatdı”.

Xalq artisti ermənilərin işğal etdiyi əraziləri darmadağın etdiyini öz gözləri ilə gördüyünü deyib:

“Biz Şuşaya yeni yolla - Zəfər yolu ilə getdik. Ermənilər Füzulini yerlə yeksan ediblər, Ağdam, digər kəndlər də həmçinin. Biz orada insan ağlına gəlməyən vəhşiliklərin şahidi olduq. Şuşaya çox dəyməmişdilər, çünki yəqin ediblərmiş ki, Şuşa artıq onlarındır. Həyasızlığa bax ki, Şuşada villalar tikiblər, hətta erməni futbolçusu Henrix Mxitaryan orada villa tikdirib, biz ora da gedib baxdıq. Şuşanın panoramı, havası ən gözəl yerində özünə dəbdəbəli ev tikdirib, hovuzu, bağı, hər cür şəraiti vardı. Şuşaya dəyməsələr də, digər yerləri viran qoyublar, qəbistanlıqları belə məhv ediblər, dəhşətli mənzərə idi. Bilirsiniz, dünyada çox müharibə olub, amma bu vəhşiliyi heç bir millət etməyib. Hətta almanlar belə bu cür faşistlik etməyiblər, erməni faşizmi xüsusi faşizmdir. Mən təsəvvür edə bilmirəm ki, bundan sonra belə millətlə necə barımaq olar? Çünki onların etdiyi vəhşiliklər ağlasığmazdır. Ona görə bizdən sonrakı nəslə də təbliğ etmək lazımdır ki, heç vaxt onları yaxına buraxmasınlar. Onlar bizim qanımıza susayan millətdir”.

Sənətçi  qeyd edib ki, bundan sonra ermənilərlə sülh mümkün deyil və  hər zaman ayıq-sayıq olmaq lazımdır:  

“Bu qədər hadisədən sonra hələ də “Böyük Ermənistan” xülyaları var. İşğal etdikləri yerləri də o cür dağıdıblar ki, guya burada heç vaxt azərbaycanlılar olmayıb. Həmin yerləri qazsan, orada mütləq erməni tarixinə aid bir şey taparsan. Çünki özləri nələrsə basdırıb, tarixi sübut qoyublar ki, guya eradan əvvəl burada ermənilər yaşayıb. Hamı bilir ki, 1828-ci ildə onları Qriboyedov gətirib. Ermənistan adlı ölkə olmayıb, onların bütün torpaqları Azərbaycanın olub. Rusiyanın o vaxt çıxardığı xəritə vardı, mən həmin xəritəni kino ittifaqında başımın üstündən asmışdım, orada indiki Ermənistanın bütün ərazilərinin Azərbaycanın olduğu göstərilir. Böyük Ermənistan xülyaları isə hələ də başlarındadı, onların başını əzməklə bundan qurtula bilərik, başqa cür mümkün deyil. Deyirlər ki, Ermənistan Abxaziyası, Qərbi Ermənistan, ay kişi, haradır oralar? Vanın, Qarsın ərazilərinin onların olduğunu iddia edirlər. Bundan sonra siz kimdənsə torpaq ala bilərsinizmi?! Xəstə millətdirlər.

Bizim 44 günlük qələbəmiz onları silkələdi. Amma bundan sonra da ayıq olmalıyıq, hələ də təhlükə var. Çünki biz bu millətlə qonşu olmağa məhkumuq və hər zaman tətikdə olmalıyıq”.



Xəbəri paylaş

1394 dəfə oxunub.

Digər xəbərlər