Tarix: 28-09-2021 | Saat: 14:32
Bölmə:Karusel / Hadisə | çapa göndər
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımo Qarabaqinfo.az-nın sorğusuna cavab olaraq bildirib ki, sözügedən şəxslərə aid sübutlar aşkar edilən gündən polis əməkdaşları əraziyə ezam olunublar. Bir neçə gündür ərazidə hava şəraitinin əlverişsiz olması işlərin aparılmasına problem yaradıb: "Artıq günlərdir ki, ərazini qatı qar örtüb. Buna görə də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları ərazidə təmizləmə işləri apara bilməyib".
DİN rəsmisi qeyd edib ki, qarla örtülmüş ərazini təmizləməklə bağlı istehkam qrupunun göndərilməsi üçün Müdafiə Nazirliyinə müraciət edilib:
"Təmizləmə işləri aparıldıqdan dərhal sonra polis və prokurorluq əməkdaşları həmin yerə daxil olaraq cəsədləri götürüb aidiyyəti üzrə təhvil verəcəklər".
Qeyd edək ki, Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri İsmət Bayramov və Ülfət Rüstəmov iyulun 30-da at gətirmək adı ilə kənd ərazisindəki otlaq sahəsinə gedib, bir daha geri qayıtmayıblar. Rayon Polis Şöbəsi və Müdafiə Nazirliyi əməkdaşlarının axtarışları nəticəsində sentyabrın 24-də Göygöl rayonunda minalanmış ərazidə itkin düşən şəxslərə aid gödəkcə, ayaqqabı və atın sümükləri aşkar edilib.
Digər xəbərlər