Tarix: 16-09-2026 | Saat: 08:53
Bölmə:Karusel / Siyasət | çapa göndər
Argentina Xarici İşlər Nazirliyi mübahisəli Malvin (Folklend) adaları yaxınlığında Buenos-Ayresin icazəsi olmadan neft yataqlarının işlənilməsi planlarına etiraz olaraq Böyük Britaniya və İsrail səfirlərini XİN-ə çağırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Argentina XİN Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, eləcə də İsrail Dövlətinin səfirlərini rəsmi etiraz notalarının şəxsən təqdim edilməsi üçün çağırıb. Görüşlər zamanı “Sea Lion” layihəsinin irəlilədilməsi və onunla bağlı bütün fəaliyyətlər pislənilib”, – məlumatda bildirilib.
Argentina XİN həmçinin Böyük Britaniya hakimiyyətinin mübahisəli ərazilərdə biznes fəaliyyəti ilə bağlı tövsiyələr dərc etməsinə etiraz edib.
Nazirliyin bəyanatında iddia olunur ki, bu tövsiyələr vasitəsilə Böyük Britaniya Malvin adaları, Cənubi Georgiya və Cənubi Sendviç adalarında, eləcə də onlara bitişik dəniz ərazilərində kommersiya fəaliyyəti və karbohidrogen hasilatını təşviq etməyə çalışır.
Argentina Malvin adaları üzərində suverenlik iddia edir, Böyük Britaniya isə adaları özünün dənizaşırı ərazisi hesab edir.
Digər xəbərlər



















