Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək
Tarix: 26-09-2018 | Saat: 13:35
Bölmə:Karusel / Siyasət | çapa göndər

"Qarabaginfo" “Report.az”a istinadən bildirir ki, Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.

O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: “OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”.

OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.



Xəbəri paylaş

671 dəfə oxunub.

Digər xəbərlər