Saytımızı qiymətləndirin


 
 

Bufetlərdən belə istifadə ediləcək
Tarix: 22-09-2021 | Saat: 10:59
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bufetlərdən belə istifadə ediləcək

 

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda edilən dəyişiklikdə yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib. 

Qarabaginfo.az Baş nazir Əli Əsədovun imzaladığı dəyişiklikdə qeyd edilən tələbləri təqdim edir:

-    yeməkxana (bufet) girişlərinə spirt  tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;

- təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

-    ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

-    yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

-    yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

-    yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

-    yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);

-    təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir”.



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər