44 günlük savaşdan sonra Xocalıya daha 180 erməni köçürülüb?..-FOTOLAR
Tarix: 10-02-2022 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
400 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-02-2022 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

“1992-ci ilədək bu Azərbaycan şəhərində Azərbaycan türklərinə ərə gəlmiş bir neçə erməni qadından savayı bir hay ailəsi də yaşamayıb...”
“İnanırıq ki, Azərbaycanın müstəqil dövləti tezliklə Ermənistan və separatçı rejimin Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda və s. olduğu kimi, Xocalıdakı bütün işlərini də yarımçıq qoyacaq...”
Xocalı soyqırımının 30 illiyinə artıq 15 gün qalır. 2022-ci il 26 fevral tarixi eyni zamanda 44 günlük savaşdan sonra müvəqqəti olaraq Rusiyanın "sülhməramlı" hərbi kontingentinin nəzarətində qalan Xocalıda hələ də separatçı və terrorçu ermənilərin süləndiyi dövrdəki 2-ci ildönümü qarşılanması olacaq...

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, II Qarabağ müharibəsindən sonra Xocalı şəhərinə şəhid və qazilərimizin canı-qanı hesabına azad etdiyimiz digər torpaqlarımızdan daha 53 hay ailəsi, yaxud 180 nəfər köçürülüb.
Bu barədə “Əsgəran rayonunun İvanyan icması” adlanan şəhərimizin qanunsuz “mer”i sayılan Boris Kaqramanyan erməni jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Xocalı rayon mərkəzində - Xocalı şəhərində 1500 erməni yaşamaqda davam edir.

“İvanyanda yeni yaşayış rayonu salınır. Bütün müasir standartlara uyğun inşa ediləcək mikrorayonda dayanacaq, oyun meydançası, idman meydançası, üç köşk, uzun müddətli istifadəyə yararlı bina (ticarət mərkəzi kimi) və ictimai nəqliyyat və avtobus dayanacaqları olacaq. Xarici işıqlandırma da təmin ediləcək. Hazırda burada 15 yaşayış binası, 21 fərdi yaşayış evi tikilir. Artıq binaların və fərdi evlərin damları quraşdırılır”- deyə B.Kaqramanyan söyləyib.

Xatırladaq ki, qəsbkar Ermənistanın eks-prezidenti Armen Sarkisyan 2021-ci ilin avqustunda “Hayastan” fondunun hesabına Xankəndi və Xocalıda ermənilər üçün ümumilikdə 457 yeni ev tikmək planlarından bəhs etmiş və bunun üçün vəsait də ayrıldığını bildirmişdi. 15 yeni çoxmənzilli binanın bünövrəsi 2021-ci ilin mayından qazılmağa başlanıb. Ötən dekabr ayında isə separatçı rejimin Xocalıda 91yeni həyət evi də tikməsi haqda məlumat yayılmışdı...

İnanırıq ki, Azərbaycanın müstəqil dövləti tezliklə hayların Şuşada, Kəlbəcərdə, Laçında, Qubadlıda və s. olduğu kimi, Xocalıdakı bütün işlərini də yarımçıq qoyacaq...
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
14-10-2022, 18:02
Dolların manata qarşı 3 günlük MƏZƏNNƏSİ
22-11-2022, 13:40
Fransada Türk məscidinə hücum oldu
19-09-2021, 12:00
Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”-Deputatdan qiymət artımlarına etiraz
6-01-2026, 08:55
Tokayev Nazarbayevin Putinlə görüşlərinə münasibət bildirib
12-04-2022, 22:09
Azərbaycanın qadınlardan ibarət yığması qrup liderinə uduzub
13-11-2020, 15:37
Azərbaycanda son sutkada 1364 nəfər COVID-19-a yoluxub, 1015 nəfər sağalıb, 22 nəfər vəfat edib
9-11-2024, 10:43
COP29-la əlaqədar 57 avtobusun hərəkət sxemi dəyişdirilir
20-07-2020, 12:17
Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi


















