Ana Sayfa > Karusel / Təhsil > Bufetlərdən belə istifadə ediləcək
Bufetlərdən belə istifadə ediləcək22-09-2021, 10:59. Yazar: Admin |
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda edilən dəyişiklikdə yeməkxanalara (bufetlərə) dair tələblər müəyyənləşib. Qarabaginfo.az Baş nazir Əli Əsədovun imzaladığı dəyişiklikdə qeyd edilən tələbləri təqdim edir: - yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur; - təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır; - ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır; - yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır; - yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır; - yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir; - yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla); - təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir”. Geri dön |