Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın axtarışa verdiyi şəxs Qarabağa 50 milyon dollar yatıracaq
Tarix: 20-09-2021 | Saat: 17:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanlı iş adamı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan Azərbaycanın Qarabağ bölgəsinə 50 milyon dollar investisiya yatıracaq.

 

Qarabaginfo.az xəbər verir ki, Yerevanda keçirilən Rusiya-Ermənistan biznes forumuna qatılan iş adamı həmin vəsaitin Qarabağın sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi bölgəsinə ayrılacağını elan edib.

 

Qeyd edək ki, Samvel Karapetyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə axtarışa verilib.//Modern.az



Xəbəri paylaş

387 dəfə oxunub.

Digər xəbərlər