Saytımızı qiymətləndirin


 
 

Demarkasiya prosesi SSRİ xəritələri əsasında aparılacaq, Zəngəzur dəhlizi açılacaq” - AÇIQLAMA
Tarix: 17-09-2021 | Saat: 18:01
Bölmə:Karusel / Region | çapa göndər

Demarkasiya prosesi SSRİ xəritələri əsasında aparılacaq, Zəngəzur dəhlizi açılacaq” – AÇIQLAMAsharethis sharing button

Moskvada Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının getdiyi haqda məlumat varBu sülh formatına əsasən qondarma respublikanın statusu məsələsi nəzərə alınmayıb, delimitasiya və demarkasiya prosesi SSRİ xəritələri əsasında aparılacaq. Zəngəzur dəhlizinin açılması da müzakirə predimetidir.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında politoloq Elman Vəliyev səsləndirib. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması mütləqdir, ancaq zənn edirəm ki, buna nəzarət Rusiya tərəfindən olacaq: “Gorus-Qafan yoluna gəldikdə isə bu yol Ermənistan-İran arasında əsas əlaqə vasitəsidir. Ona görə də, yolun tam bağlanacağını zənn etmirəm. Əgər bu yol açıq qalacaqsa, o zaman gərəg nəzarəti Azərbaycan tərəfi etsin.  Əvvəlcə Azərbaycan tərəfi bu yolda nəzarəti gücləndirərək Ermənistanı müşkül duruma salıb sülhə təhrik elədi. Ermənistan da anlayır ki, çıxış yolu qalmayıb”.

Yüksəkliklər NƏZARƏTƏ GÖTÜRÜLÜB -

Politoloq əlavə edib ki, delimitasiya və demarkasiya məsələsinə gəlincə isə, prosesi SSRİ xəritələrinə istinadən həll etməyi fikirləşirlər: “Zənn edirəm ki, 1920-ci illərdə Ermənistanın sovetləşməsi qarşılığında ona verilən Zəngəzur, Göyçə Dərələyəz, Dilican və digər ərazilər Ermənistanda qalacaq. Ancaq sonrakı zamanlarda Ermənistanın müharibə ilə işğal etdiyi torpaqlar Azərbaycan ərazisi kimi tanınacaq. Əsirlər və mina xəritələri məsələsi də mütləq müzakirə predmetidir. Erməni əsirlər atəşkəs bəyanatından sonra əsir götürüldüyündən, onlar sərhəddi pozmuş diversant hesab edilirlər. Rusiya tərəfi də bunu açıq bəyan edib. Ermənistan tərəfi əsirlərin geri qaytarılmasını istəyəcək. Ancaq ilk öncə mina xəritələrini verməlidirlər ki, sonra nəsə tələb edə bilsinlər”.

 



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər