Saytımızı qiymətləndirin


 
 

Sosial Xidmətlər Agentliyi Siyavuş Aslanın oğlunun küçədə yaşaması ilə bağlı açıqlama yayıb
Tarix: 16-09-2021 | Saat: 12:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sosial Xidmətlər Agentliyi Siyavuş Aslanın oğlunun küçədə yaşaması ilə bağlı açıqlama yayıb


Sosial Xidmətlər Agentliyi mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovun küçədə qalması və çətin həyat şəraiti ilə üzləşməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Qarabaginfo.az-ın xəbərində görə, Agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov bildirib ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub.

“Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları əraziyə göndərilib. Çingiz Aslanovun özünün də razılığı olarsa, yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq", - deyə M. Həşimov vurğulayıb.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər
15-04-2022, 14:39 Rusiya ABŞ-a nota verdi