Tarix: 14-09-2021 | Saat: 17:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ermənistana məxsus Gorus-Qafan yolunun 21 kilometri Azərbaycan ərazisindən keçir. Azərbaycan tərəfi sentyabrın 12-dən həmin ərazidə post quraraq, İrandan Ermənistana gedən yük maşınlarını yoxlamağa başlayıb.
Həmin postun Ermənistanın Voratan kəndi yaxınlığında - Azərbaycanın Qubadlı rayonunun Eyvazlı ərazisində yerləşdiriyi bildirilir.
Bu yoxlamalar İranın Qarabağa qanunsuz yük daşımasına Azərbaycanın adekvat cavabdır. Rəsmi Bakı dəfələrlə məsələni diplomatik kanallarla Tehranın diqqətinə çatdırsa da, dəyişikliyin olmaması praktiki addımları aktuallaşdırdı.
İndi Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə olunan İran maşınlarından tranzit haqqı da alınır.
Qarabaginfo.az-ın məlumatına görə, Ermənistan mətbuatı yazır ki, Azərbaycanın Gorus-Qafan yolunda tətbiq etdiyi yoxlamalardan sonra İrandan Ermənistana yük və neft məhsulları daşıyan TIR-lar problemlə üzləşib. Çox sayda ağır yük maşınlarının Gorus- Qafan yolunda ilişib qaldığı bildirilir.
“Azadlıq” radiosunun erməni redaksiyası Gorus-Qafan yolundakı postda saxlanılan iranlı sürüclərlə danışıb. Onlar bildiriblər ki, gömrük tariflərini ödəməklə bağlı çətin vəziyyətə düşüblər. Sürücülərdən biri deyib ki, onlar Ermənistan ərazisinə keçərkən bu ölkəyə torpaqbasdı ödəyiblər. Amma Azərbaycana da bunun ödənməli olduğundan xəbərsiz olublar.
İrandan Ermənistana yanacaq və neft məhsulları daşıyan TIR sürücüləri Azərbaycan tərəfinin tələb etdiyi gömrük rüsumuna etiraz ediblər.
Təəssüf ki, İrandan Ermənistana və Azərbaycanın Qarabağ bölgəsinə yük daşıyan İran sürücüləri arasında azərbaycanlılar da var.//Modern.az
Digər xəbərlər