Saytımızı qiymətləndirin


 
 

Qarabağ qazisi: "Laçında içdiyin bir stəkan su adamı 29 il əvvələ aparır"-VİDEO
Tarix: 09-09-2021 | Saat: 15:10
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Qarabağ qazisi: Laçında içdiyin bir stəkan su adamı 29 il əvvələ aparır

"29 il sonra öz doğma torpaqlarımıza getdik".

Qarabaginfo.az xəbər verir ki, bunu Laçın rayon sakini, Qarabağ qazisi Babək Aslanov doğma yurdlarına səfərlərindən danışarkən deyib.

O bildirib ki, Laçına daxil olanda səfər edənlərin sevincinin həddi-hüdudu olmayıb: "Orada nə hisslər keçirdiyimizi sözlə ifadə edə bilmirik. Laçında içdiyin bir stəkan su adamı 29 il əvvələ aparır".

B.Aslanov qeyd edib ki, Vətən müharibəsi zamanı - oktyabrın 17-də bir sıra keçmiş döyüşçülərlə birgə kəşfiyyatçı-bələdçi kimi Qarabağa dəvət olunublar: "Bir neçə rayonlarımız döyüşçülərimizin qanı bahasına, Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olundu. Laçın, Kəlbəcər, Ağdam düşmənin ağ bayraq qaldırıb, təslim olması ilə azad edilbi. Bu, bizim ordumuzun, xalqımızın gücü, dövlətimizin qüdrəti, Ali Baş Komandanımızın siyasətinin nəticəsidir".

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır.



Xəbəri paylaş

1 119 dəfə oxunub.

Digər xəbərlər