Saytımızı qiymətləndirin


 
 

Putinin xüsusi nümayəndəsi bəyan etdi - “Rusiyaya qayıtmayacam”
Tarix: 28-04-2022 | Saat: 13:41
Bölmə:Karusel / Region | çapa göndər

 “Rosnano”nun keçmiş baş direktoru Anatoli Çubays hazırda İtaliyadadır, onun Rusiyaya qayıtmaq, o cümlədən 70 milyon rubl dəyərində əmlakının oğurlanması işində zərərçəkmiş kimi ifadə vermək fikri yoxdur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“O, Rusiya Federasiyasını şəxsi təyyarə ilə tərk edib. Çubays bir müddət qaldığı Türkiyə vasitəsilə Avropaya uçub və ilkin məlumatlara görə, hazırda o, mülkü olduğu İtaliyadadır”, - deyə agentlik Çubayss yaxın mənbədən sitat gətirib.

“Rosnano”nun keçmiş rəhbərinin rəsmi nümayəndələri onun harada olması və Moskva məhkəməsində baxılan işlə bağlı mövqeyini şərh etməkdən imtina ediblər.

Cinayət işi 2017-ci ildə Çubaysın özünün müraciəti ilə başlanıb. O, Peredelki kəndindəki yaşayış kompleksindən əmlakının oğurlandığını iddia edib. İstintaq zamanı dəymiş ziyanın məbləği üç milyarddan 70 milyon rubla endirilib. İş üzrə əsas təqsirləndirilən şəxs Çubaysın keçmiş ortağı İlya Suçkovdur.

Daha əvvəl “Life” Rusiya Prezidenti Vladimir Putinin Anatoli Çubaysı özünün xüsusi nümayəndəsi vəzifəsindən azad etdiyini bildirib. Onun vəzifədən getməsi martın 23-də məlum olub. Media eks-məmurun Rusiyanı tərk etdiyini yazıb: İstanbulda bankomatın yanında ona bənzər bir şəxsin fotosu çəkilmişdi.

Anatoli Çubays 1991-ci ilin noyabrından qısa fasilələrlə Rusiya dövlətində və dövlət şirkətlərində müxtəlif açar vəzifələrdə çalışıb. 1990-cı illərdə Rusiyada iqtisadi islahatların və 2000-ci illərdə Rusiyanın elektrik enerjisi sistemində islahatların ideoloqlarından və liderlərindən biridir.

O, 2021-ci ildə “Sputnik V” koronavirus peyvəndinin ən böyük istehsalçılarından biri olan AFK “Sistema” investisiya şirkətinin səhmdarı olub. “Rusiya Nanotexnologiyalar Korporasiyası” dövlət korporasiyasının baş direktoru (2008-2020) işləyib. “Rosnano” ASC-nin İdarə Heyətinin sədri (2011-2020) olub. Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi (4 dekabr 2020-ci il-23 mart 2022-ci il) işləyib.(Teleqraf.com)



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər