Saytımızı qiymətləndirin


 
 

Rusiyanın rəsmi saytı Azərbaycana qarşı təxribatını düzəltdi
Tarix: 09-09-2021 | Saat: 10:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Rusiyanın rəsmi saytı Azərbaycana qarşı səhvini düzəltdi

 

Rusiyanın Azərbaycana qarşı təxribata yol vermiş satınalma sahəsi üzrə vahid dövlət portalı “Zakupki.gov.ru” tender elanında yer alan “Dağlıq Qarabağ Respublikası” ifadəsini silib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyasından kənarda yerləşən ərazi kimi təqdim olunub. 

Maraqlıdır ki, Rusiyanın dövlət portalı “Dağlıq Qarabağ Respublikası” ifadəsi sözünü silsə də, növbəti dəfə bu əraziləri Azərbaycan ərazisi kimi təqdim etməyib.

Bununla belə, portalda “Müqavilənin şərtləri” bölməsində təyinat kimi Azərbaycan Respublikası qeyd olunub.

Tender elanının bitmə vaxtı isə sentyabrın 16-dan 24-nə kimi uzadılıb.

 

Qeyd edək ki, Azərbaycan tərəfinin kəskin etirazından sonra “Zakupki.gov.ru” portalı bir neçə gün əvvəl tender elanı ilə bağlı satınalmanı ləğv etmişdi.



Xəbəri paylaş

309 dəfə oxunub.

Digər xəbərlər
27-10-2021, 12:39 Sabah hava necə olacaq?