Tarix: 07-09-2021 | Saat: 22:22
Bölmə:Karusel / İdman | çapa göndər
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi zövbəti oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Milan Obradoviçin baş məşqçisi olduğu yığma AVRO-2023-ün seçmə mərhələsində ikinci matçına çıxıb.
İlk görüşündə Xorvatiyaya 0:2 hesabı ilə uduzan millimiz Avstriya önündə də aciz qalıb. Yığmamız səfər sınağında darmadağına üzülüb. İlk yarıda üç cavabsız qol buraxan futbolçularımız görüşün sonlarında daha üç dəfə meydanın mərkəzindən başlamalı olub.
Qrupumuzun bu gün başa çatan digər oyununda Xorvatiya Finlandiyanı 2:0 hesabı ilə məğlub edib. Estoniya – Norveç matçı isə davam edir.
Qeyd edək ki, millimiz növbəti oyunlarını oktyabrın 8-də Finlandiya, 12-də Xorvatiyaya qarşı keçirəcək. Hər iki matç Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq.
AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
7 sentyabr
20:00. Avstriya – Azərbaycan - 6:0
Qollar: Adamu, 3, Ayvu, 19, Adamu, 40, Şmid, 86, Anselm, 90+1, 90+3
Baş hakim: Amin Kurqeli (Belarus)
Rid-innkreys. “Keyne Sorgen Arena”
1 |
Avstriya |
3 |
2 |
0 |
1 |
9-3 |
6 |
2 |
Xorvatiya |
2 |
2 |
0 |
0 |
4-0 |
6 |
3 |
Norveç |
1 |
1 |
0 |
0 |
3-1 |
3 |
4 |
Finlandiya |
2 |
1 |
0 |
1 |
3-2 |
3 |
5 |
Estoniya |
2 |
0 |
0 |
2 |
0-5 |
0 |
6 |
Azərbaycan |
2 |
0 |
0 |
2 |
0-8 |
0 |
Apa
Digər xəbərlər