Saytımızı qiymətləndirin


 
 

İran “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə”yə sadiq qaldığını bəyan edib
Tarix: 13-10-2025 | Saat: 12:06
Bölmə:Karusel / Dünya | çapa göndər

İran XİN sözçüsü- İsmayıl Bəqayi

 

İran hələ də “Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə” yə sadiqdir.

Qarabaginfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi nazirliyin mətbuat konfransında deyib.

“Beynəlxalaq Atom Enerjisi Agentliyi ilə əldə olunmuş razılaşma çərçivəsində İran yeni şəraitdə konstruktiv əməkdaşlıq mühiti yaratmağa çalışıb. Lakin təəssüf ki, üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya, Fransa) bu xoşnyyətli yanaşmadan faydalanmayıblar. İran əvvəlcədən bəyan etmişdi ki, ölkəmizə qarşı istənilən düşmənçilik addımı, o cümlədən ləğv edilmiş qətnamələrin bərpasına yönəlmiş cəhdlər, Qahirə anlaşmasının icrasını qeyri-mümkün edəcək” İsmayıl Bəqayi bildirib.

Qeyd edək ki, bir müddət əvvəl İran və AEBA arasında Misirin paytaxtı Qahirədə razılaşma əldə olunmuşdu.

Lakin, İrana qarşı Avropa sanksiyalarının bərpasından sonra rəsmi Tehran bu razılaşmanın mənasını itirdiyini bildirmişdi.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər