Saytımızı qiymətləndirin


 
 

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub
Tarix: 01-09-2021 | Saat: 10:02
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

Qarabaginfo.az-ın xəbərinə görə, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il sentyabrın 30-u cümə axşamına düşdüyündən, yəni iş günü olduğundan sessiyanın ilk iclası da həmin tarixdə baş tutacaq.



Xəbəri paylaş

279 dəfə oxunub.

Digər xəbərlər