Saytımızı qiymətləndirin


 
 

Ermənilərin yaraladığı şirkət əməkdaşı danışdı - Video
Tarix: 30-12-2021 | Saat: 19:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənilərin yaraladığı şirkət əməkdaşı danışdı

Xəbər verdiyimiz kimi, dünən Ağdamın işğaldan azad olunan ərazilərində xidməti vəzifələsini yerinə yetirən mülki şəxs Anar Rəhimli Erməni silahlılarının açdığı atəş nəticəsində yaralanıb.

Qarabaginfo.az AzTV-yə istinadən xəbər verir ki, A.Rəhimliyə hazırda tibbi xidmət göstərilir, həyatı üçün təhlükə yoxdur.

"Sahəyə gedirdik. Qabağımıza bir post çıxdı. Elə bildik ki, bizimkidir. Yoldaşım yolu açmalarını demək üçün ora getdi. Sonra qaçaraq maşına tərəf gəldi və dedi ki, erməni postudur, tez sür tez çıxaq. Mən maşını arxaya verəndə atəş açmağa başladılar. Güllənin biri qoluma dəydi, sümüyüm sındı. Sükanı döndərə bilmədiyim üçün dirəyə çırpıldıq və sonra da dərəyə düşdük. Daha sonra maşın aşdı. Avtomobildən çıxdıqdan sonra qolumu bağlayıb gözlədim. Yoldaşım isə kömək çağırmağa getdi", - Anar Rəhimli bildirib.

(Qafqazinfo)

 



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər
1-10-2021, 10:43 Qubada zəlzələ olub


Dünən, 14:45Tofiq Hüseynov - 70