Saytımızı qiymətləndirin


 
 

Ukrayna uğrunda həlak olan azərbaycanlıların xatirəsi əbədiləşdirilib
Tarix: 27-08-2021 | Saat: 19:21
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Ukrayna uğrunda həlak olan azərbaycanlıların xatirəsi əbədiləşdirilib

Ukraynanın Nikolayev vilayətinin Ukrainka qəsəbəsində yerləşən Perequliskiy limanı yaxınlığında, ölkənin azadlığı uğrunda həlak olan azərbaycanlıların xatirəsinə bayraq dirəkləri ucaldılıb.

Qarabaginfo.az xəbər verir ki, Nikolayev Xalq Hərəkatı İctimai Birliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı, Almaniyada yaşayan azərbaycanlı iş adamı Rasim Tağıyevin dəstəyi ilə ucaldılan xatirə kompleksində Ukrayna, Azərbaycan, Moldova və Avropa Birliyinin bayraqları dalğalanacaq.

Xatirə kompleksində İkinci Dünya müharibəsi zamanı Donbasdan Odessaya qədər Ukraynanı faşistlərdən azad edən 416-cı Taqanroq diviziyasında həlak olanlarla yanaşı, hazırda ölkənin şərqində separatçılarla döyüşlərdə həlak olanların da xatirəsi yad ediləcək.

Açılış mərasimində təşkilatçı qurumun rəhbəri Nikolay Qorbatenko, yerli deputat Aleksey Osipenko, yerli sovetin sədri İrina Vişnevskaya, yerli iş fəallarından Marina Avdeeva, Andrey Piquliyevskiy, veteran Konstantin Oborin, Stanislav Çayçenko, Anastasiya Poqosova, Mixail Drotenko, BUAK fəalı Fazil Əsgərov, yerli məktəbin heyəti və digərləri iştirak ediblər. Açılışda çıxış edənlər Ukraynanın azadlığı uğrunda həlak olan azərbaycanlılarla fəxr etdiklərini bildiriblər.(Report)



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər