Saytımızı qiymətləndirin


 
 

“Mehriban xanım Vətən uğrunda canından keçən bütün əsgərlərin anasıdır” - Qarabağlı yazıçı
Tarix: 26-08-2021 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm / Yazar | çapa göndər



Milli-mədəni irsimizin qorunmasında, Azərbaycan ədəbiyyatı və incəsənətinin beynəlxalq səviyyədə təbliğ olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu var.


Qarabaginfo.az 
xəbər verir ki, bunu Modern.az-a işğaldan azad olunmuş Füzuli rayonunun sakini, yazıçı Tağı Türk deyib. Onun sözlərinə görə, tariximizdən bizə miras qalan, nəsildən-nəsilə ötürülmüş adət-ənənələrimizin, mədəniyyət incilərimizin dünya ictimaiyyətinə təqdim edilməsində Mehriban xanımın əvəzsiz xidməti var:

“Azərbaycan mədəniyyətinin yüksək səviyyədə dünyada təbliğ edilməsi, bununla bağlı çox mühüm layihələrin həyata keçirilməsi Mehriban xanımın UNESCO-nun qeyri-maddi mədəni irs üzrə xoşməramlı səfir təyin edilməsindən sonra daha geniş vüsət aldı.  Xüsusilə, Qarabağın muğam tarixini əks etdirən, muğam məktəbi, onun tanınmış nümayəndələri haqqında tərtib edilmiş kitab, eləcə də çox dəyərli 24 sənətçinin ifasında səsləndirilən “Qarabağ xanəndələri” kompakt disklərin hazırlanması Mehriban xanımın milli dəyərlərimizə nə qədər önəm verdiyinin əyani sübutudur”.


Tağı Türk qeyd edib ki, Mehriban xanım Əliyevanın xeyriyəçilik fəaliyyəti, humanizm və insanpərvərliyi, reallaşdırdığı genişmiqyaslı layihələr onu qədirbilən xalqımızın sevimlisinə çevirib:

“Xeyirxahlığına, diqqət və qayğısına görə hamının hörmətini qazanmış Mehriban xanım Əliyevanın Vətən Müharibəsindən sonra sağlamlığını itirmiş əsgərlərimizə göstərdiyi qayğı, şəhid analarına, şəhid övladlarına can yandırması onu xalqın gözündə daha da dəyərləndirdi. Mehriban xanım vətənin keşiyini çəkən, uğrunda canından keçən bütün əsgərlərin anasıdır. Mehriban xanıma daim xalqın gözündə uca olmağı arzulayıram”.  

 



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər